06 
Apr
2026
17:22
221

“Gürcü Arzusu” “Qrantlar haqqında” qanuna yenidən dəyişiklik edir

“Gürcü Arzusu”nun təşəbbüsü ilə “Qrantlar haqqında” qanuna növbəti dəyişiklik layihəsi parlamentə təqdim olunub.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluq qurumları və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən ayrılan bəzi vəsaitlər artıq qrant hesab edilməyəcək.

Sənədə görə, əgər bu vəsaitlər xarici dövlətlərin hakimiyyət orqanlarının və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqlarından irəli gələn fəaliyyətlərə yönəldilirsə və bu fəaliyyətlər diplomatik nümayəndəliklərin öz funksiyaları ilə bağlıdırsa, həmin vəsaitlər qrant statusuna daxil edilməyəcək.

Qanun layihəsinin izahatında qeyd olunur ki, mövcud qanunvericilik bu münasibətləri əhatə etməsə də, hüquqi normaların daha aydın və vahid şəkildə tətbiqi üçün bu dəqiqləşdirmənin edilməsi məqsədəuyğun hesab olunur.

Xatırladaq ki, “Gürcü Arzusu”nun qərarı və parlament tərəfindən qəbul edilən əvvəlki dəyişikliklər nəticəsində Gürcüstanda xarici qrantların alınması qaydaları artıq sərtləşdirilib.

Bizimlə əlaqə saxlayın