Kaxa Kaladze: “Müxalifətin əsas adı xəyanətkarlardır”
Tbilisi meri, “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze müxalifət barədə sərt açıqlama verib.
InterPress.ge xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, Mixeil Saakaşvilinin reytinqi və müxalifətin birləşməsi onu maraqlandırmır.
Onun sözlərinə görə, “müxalifət alyansı” formal xarakter daşıyır və bu partiyaların cəmiyyətdə real dəstəyi yoxdur.
“Ümumiyyətlə, Saakaşvilinin reytinqi ilə maraqlanmıram. Bu birlik də formal xarakter daşıyır. Onların heç birinin gürcü cəmiyyətində resursu yoxdur, çünki hamı bilir ki, onlar xəyanətkardır. Onlar nə gürcü xalqına, nə dövlətə, nə də milli maraqlara xidmət edirlər, əksinə, xaricdən verilən göstərişləri yerinə yetirirlər və ölkənin maraqlarına zidd addımlar atmağa hazırdırlar”, – deyə Kaladze bildirib.
O əlavə edib ki, müxalifət hansı ad altında birləşməsindən asılı olmayaraq, onların əsas mahiyyəti dəyişmir.
“Harada və necə birləşmələrindən asılı olmayaraq, onların əsas adı dəyişməz qalır – xəyanətkarlar, nömrələnmiş agentlərdir”, – deyə Tbilisi meri vurğulayıb.


