
Baş nazir ölkədəki epidemoloji vəziyyətdən danışdı
"Ölkədə koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, hökumət hələ də bu prosesi idarə etmə gücündədir".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxariya bildirib.
Onun bildirdiyinə görə, əsas əhalinin mütəxəssislər tərəfindən verilən qaydalara riayət etməsidir.
“Dövlət hər bir insanın, hər bir vətəndaşın yanındadır, dəstək olur, çünki kəndli güclü bir fermerə çevrilməli, əvvəlcə ailə üzvlərini, sonra qonşusunu, daha sonra da ölkəmizi daha da möhkəmləndirib gücləndirə biləcək bir fermer olmalıdır.
Pandemiya səbəbindən hamımız eyni vəziyyətdəyik, ancaq anlamaq nə qədər çətin olsa da, gündəlik həyatımız nə qədər dəyişsə də, həkimlər bizə nə tövsiyə etsələr də, bir az daha dözməli, səbr etməliyik və bunu yalnız bir-birimizə qayğı göstərmək üçün etməliyik.
Təəssüf ki, ölkədə yoluxmuş insanların sayının artır lakin, buna baxmayaraq biz hələ də bu prosesi idarə edirik və əsas olan elementar qaydalara riayət etməkdir. Yenə deyirəm, xüsusilə yaşlı insanlara qayğı göstərməliyik, onlara diqqət etməliyik. Bu böyük məsuliyyətdir, biz bu insanlara qayğı göstərməliyik. Anlamalıyıq ki, nizam-intizama və qaydalara nə qədər çox əməl etsək, bu sınaqdan o qədər asan və tez çıxarıq və iqtisadiyyatımızı da bir o qədər sürətlə bərpa edə bilərik", - dedi Q. Qaxaria.