08 
Apr
2026
09:29
98

Tramp: İranla 2 həftəlik atəşkəs razılaşması əldə olunub

ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşması əldə edildiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.

Onun sözlərinə görə, razılaşma İranın Hörmüz boğazını yenidən açması şərti ilə əldə olunub.

Tramp bildirib ki, qərar Pakistanın baş naziri Şehbaz Şərif və feldmarşal Asim Munir ilə aparılan danışıqlardan sonra qəbul edilib.

“Onların müraciətindən sonra, İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açması şərti ilə iki həftə ərzində bombardman və hücumları dayandırmağa razılaşdım. Bu, qarşılıqlı atəşkəs olacaq”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton İran tərəfindən təqdim olunan 10 maddəlik təklif alıb və bunu danışıqlar üçün əsas hesab edir.

Onun sözlərinə görə, tərəflər arasında əvvəlki fikir ayrılıqlarının böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik müddət yekun razılaşmanın əldə olunmasına imkan verəcək.

Bizimlə əlaqə saxlayın