İran: ABŞ bizim 10 maddəlik planımızı qəbul etməyə məcbur oldu
İran hakimiyyəti ABŞ-la əldə olunan razılaşmanı “böyük qələbə” kimi qiymətləndirib.
InterPress.ge xəbər verir ki, bu barədə bəyanatı İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası yayıb. Məlumatı CNN yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ İranın təqdim etdiyi 10 maddəlik planı qəbul etməyə məcbur olub.
Şuranın iddiasına görə, razılaşmaya əsasən, ABŞ İranla bağlı bütün ilkin və ikinci dərəcəli sanksiyaların ləğvinə, həmçinin regiondakı bütün hərbi bazalardan qoşunlarını çıxarmağa razılıq verib.
Eyni zamanda bildirilir ki, ABŞ uranın zənginləşdirilməsini və Hörmüz boğazı üzərində İranın nəzarətini tanıyıb. Şuranın açıqlamasına əsasən, boğazdan keçid İran silahlı qüvvələri ilə koordinasiya şəraitində həyata keçiriləcək.
“Düşmən İran xalqına qarşı apardığı ədalətsiz və qanunsuz müharibədə ağır və tarixi məğlubiyyətə uğradı. Barmağımız hələ də tətikdədir və hər hansı səhv addıma tam gücümüzlə cavab verəcəyik”, – deyə bəyanatda vurğulanıb.


