08 
Apr
2026
09:36
182

Ağ Ev: ABŞ–İran atəşkəsi Trampın və ordunun qələbəsidir

Ağ Evin mətbuat katibi Karolin Levit ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasını “ABŞ-ın qələbəsi” kimi qiymətləndirib.

InterPress.ge xəbər verir ki, Levit sosial şəbəkədə paylaşım edərək bildirib ki, bu nəticə ABŞ prezidenti Donald Tramp və Amerika ordusunun fəaliyyəti sayəsində mümkün olub.

Onun sözlərinə görə, “Epik Qəzəb” əməliyyatı başlanarkən Tramp bu prosesin 4–6 həftə davam edəcəyini proqnozlaşdırmışdı, lakin əsas hərbi məqsədlərə 38 gün ərzində nail olunub.

Levit qeyd edib ki, ABŞ hərbçilərinin uğuru Tramp administrasiyasına mürəkkəb danışıqlara başlamaq üçün maksimum imkan yaradıb və bu da diplomatik həllə, eləcə də uzunmüddətli sülhə yol açıb.

“Bundan əlavə, prezident Tramp Hörmüz boğazını yenidən açdı. Onun ABŞ-ın maraqlarını irəli aparmaq və sülhə nail olmaq bacarığını heç vaxt kiçik hesab etməyin”, – deyə Ağ Evin sözçüsü vurğulayıb.

Bizimlə əlaqə saxlayın