“Hizbullah” İsrailə qarşı hücumları dayandırıb
Livanın silahlı qruplaşması Hizbullah İsrailə qarşı hücumları dayandırıb.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters təşkilata yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşması çərçivəsində “Hizbullah” Şimali İsrail istiqamətində raket atəşlərini və Livanda İsrail Müdafiə Qüvvələrinə qarşı hücumları dayandırıb.
Bundan əvvəl İsrail Cənubi Livanda yaşayan əhaliyə evakuasiya çağırışı etmiş və mümkün zərbələrlə bağlı xəbərdarlıq yaymışdı.
ABŞ prezidenti Donald Trampın İranla atəşkəs elan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, bu razılaşma Livanı əhatə etmir.
Qeyd edək ki, martın 2-də İsrail və “Hizbullah” arasında döyüşlərin yenidən başlamasından sonra Livanda 1500-dən çox insan həyatını itirib.


