13 
Apr
2026
10:22
177

Tramp: İranın dəniz blokadası bu gün başlayır

ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni qərar açıqlayıb.

InterPress.ge xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, ABŞ İran limanlarına daxil olan və oradan çıxan gəmilərin blokadasına 13 aprel tarixində, Şərq vaxtı ilə saat 10:00-dan başlayacaq.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM da məsələ ilə bağlı açıqlama verib. Qeyd olunub ki, blokada İran limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil ediləcək. Bu, xüsusilə Fars və Oman körfəzində yerləşən İran limanlarına aid olacaq.

Bununla yanaşı, CENTCOM bildirib ki, Hörmüz boğazından İran limanları ilə əlaqəsi olmayan istiqamətlərdə hərəkət edən gəmilərin sərbəst naviqasiyasına maneə törədilməyəcək.

Qeyd edək ki, İranla aparılan danışıqların nəticəsiz başa çatmasından sonra Donald Tramp daha əvvəl də bəyan etmişdi ki, ABŞ Hörmüz boğazına daxil olmağa və ya oranı tərk etməyə çalışan gəmiləri bloklayacaq.

Bizimlə əlaqə saxlayın