13 
Apr
2026
12:25
167

DİN: Narkotik cinayətlə bağlı 4 nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları narkotik cinayətlə bağlı 4 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, saxlanılan şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, realizasiyasına şərait yaradılması, həmçinin narkotik tərkibli bitkilərin qanunsuz becərilməsində ittiham olunurlar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarış zamanı satış məqsədilə hazırlanmış böyük miqdarda narkotik vasitələr maddi sübut kimi götürülüb. Onların arasında 90 bağlama şəklində qablaşdırılmış “tetrahidrokannabinol” və 33 ədəd “kannabis” bitkisi aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi yaşayış evlərində xüsusi istixanalar quraraq narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olublar.

Aparılan istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması və becərilməsi üçün istifadə olunan materiallar da müsadirə edilib.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260, 260-cı prima və 265-ci prima maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın