14 
Apr
2026
11:23
219

Qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1993-cü il təvəllüdlü V.K.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsində mübahisə zəminində soyuq silahdan istifadə edərək 1978-ci il təvəllüdlü G.Q.-nı yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı kişi müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Aparılmış istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın