14 
Apr
2026
14:14
227

Qonşusunu bıçaqlayaraq qaçan şəxs saxlanıldı

Saqareco bələdiyyəsində qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əvvəllər məhkum olunmuş, 1953-cü il təvəllüdlü D.Ş. mübahisə zəminində soyuq silahdan istifadə edərək qonşusu – 1969-cu il təvəllüdlü Q.K.-nı yaralayıb və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs hadisədən qısa müddət sonra “isti izlərlə” saxlanılıb. Cinayətin aləti – bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın