“Gürcüstanda diktatura hətta Rusiya modelini də üstələyir.”
InterPress.ge xəbər verir ki, Salome Zurabişvili bu fikirləri sosial platforma X-də paylaşımında səsləndirib.
Onun sözlərinə görə, Bidzina İvanişvili Cənubi Gürcüstanda yerləşən rezidensiyalarından birinin üzərində beynəlxalq hava məkanını 50 kilometrlik radiusda bağlayır.
“Qorxu, meqalomaniya, yoxsa başqa səbəb? Bu rejimin vaxtı sona yaxınlaşır”, – deyə Zurabişvili qeyd edib.
