Məhəmməd Baqer Qalibaf: ABŞ-la danışıqlarda irəliləyiş var, lakin əsas məsələlər açıq qalır
ABŞ və İran arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, bir sıra fundamental məsələlər hələ də həll olunmayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Məhəmməd Baqer Qalibaf bildirib.
Onun sözlərinə görə, yekun razılaşmaya hələ var və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
“Bəzi məsələlər var ki, biz onlarda israr edirik, onların da qırmızı xətləri var, lakin bu məsələlər çox deyil”, – deyə Qalibaf qeyd edib.
İran parlamentinin sədri həmçinin Hörmüz boğazı ilə bağlı mövqeyini də açıqlayıb. Onun sözlərinə görə, ABŞ blokadanı aradan qaldırmadığı təqdirdə boğazdan keçid məhdudlaşdırılacaq.
“Əgər bu boğaz bizim nəzarətimizdədirsə, necə ola bilər ki, hamı oradan keçsin, biz yox? Bu, böyük səhvdir. ABŞ blokadanı qaldırmasa, keçid məhdud qalacaq. Mən Amerika nümayəndə heyətinə də bildirdim ki, bu sərhəd bizimdir və yaxınlaşsalar, mütləq cavab verəcəyik”, – deyə Qalibaf vurğulayıb.


