19 
Apr
2026
18:21
160

Quram Tuşişvili Avropa çempionu oldu

Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında Gürcüstan millisinin kapitanı Quram Tuşişvili (+100 kq) qızıl medal qazanıb.

InterPress.ge xəbər verir ki, Quram Tuşişvili finalda çexiyalı Lukaş Krpalek üzərində qələbə qazanaraq karyerasında üçüncü dəfə Avropa çempionu olub.

O, finala qədər keçirdiyi görüşlərdə də uğurlu çıxış edib. Belə ki, 1/8 finalda kiprli rəqibini məğlub edən Tuşişvili, 1/4 finalda türkiyəli idmançıya qalib gəlib. Yarımfinalda isə rusiyalı rəqibini ipponla məğlub edərək finala yüksəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər