Müəllimlər üçün imtahanlara qeydiyyat başlayıb
Gürcüstanda müəllimlər və müəllim olmaq istəyən şəxslər üçün imtahanlara qeydiyyat prosesi başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz məlumat yayıb.
Məlumata görə, namizədlər qeydiyyatdan 6 may saat 18:00-dək online.naec.ge platforması vasitəsilə keçə bilərlər. İmtahan haqqının ödənişi isə 20 aprel saat 10:00-dan 4 may saat 18:00-dək həyata keçirilməlidir və ən azı bir imtahan üçün ödəniş məcburidir.
Qeyd olunub ki, 2026-cı ildən etibarən müəllimlər və müəllimliyə namizədlər bir fənn əvəzinə maksimum üç fənn üzrə imtahan verə biləcəklər. Həmçinin, böyük xüsusi müəllim və baza peşə bacarıqları üzrə imtahanlar da nəzərdə tutulur.
Namizədlərə xəbərdarlıq edilir ki, məzmunu eyni olan (o cümlədən tərcümə edilmiş) testləri seçmək mümkün olmayacaq.
Bir imtahanın ödənişi 50 lari təşkil edir və ödəniş Bank of Georgia platformaları – bogpay.ge, ibank.ge, mBank və özünəxidmət terminalları vasitəsilə həyata keçirilir.
Xüsusi imtahan şəraitinə ehtiyacı olan şəxslər qeydiyyat zamanı müvafiq bölməni seçməli və 6 may saat 18:00-dək sağlamlıq haqqında arayışı (forma N IV-100a) Milli Mərkəzə və ya müvafiq təhsil resurs mərkəzinə təqdim etməlidirlər.
Qurum bütün maraqlı şəxsləri imtahanlarla bağlı qaydalarla diqqətlə tanış olmağa və qeydiyyatı vaxtında tamamlamğa çağırır.


