İrakli Kobaxidze: DTX rəhbəri vəzifəsinə Geka Geladzenin namizədliyi təqdim olunub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə yeni namizəd irəli sürüb.
InterPress.ge xəbər verir ki, Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə parlamentə Geka Geladzenin namizədliyinin təqdim olunduğunu açıqlayıb.
Baş nazir parlamentdən gələn sessiya həftəsində Geladzenin bu vəzifəyə seçilməsini xahiş edib.
Kobaxidze çıxışında Geka Geladzenin daxili işlər naziri olduğu dövrdə həyata keçirilən sistemli islahatları və dəyişiklikləri xüsusi vurğulayıb.
Onun sözlərinə görə, xüsusilə mütəşəkkil cinayətkarlıq və narkotik cinayətlərlə mübarizə sahəsində mühüm nəticələr əldə olunub.
Baş nazir Geladzeyə görülən işlərə görə təşəkkür edib və yeni vəzifəsində uğurlar arzulayıb.


