Sulxan Tamazaşvili daxili işlər naziri təyin edildi
Gürcüstanda daxili işlər naziri vəzifəsinə yeni təyinat həyata keçirilib.
InterPress.ge xəbər verir ki, Sulxan Tamazaşvili ölkənin daxili işlər naziri təyin olunub.
Məlumat hökumət administrasiyasında keçirilən brifinqdə açıqlanıb.
Qeyd olunur ki, Tamazaşvili bu təyinata qədər Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsini tuturdu.
Baş nazir İrakli Kobaxidze onun Acarıstandakı fəaliyyətini yüksək qiymətləndirərək, idarəetmədə mühüm islahatların həyata keçirildiyini və bir sıra yeni layihələrin başladıldığını vurğulayıb.
Kobaxidze bildirib ki, Sulxan Tamazaşvili Daxili İşlər Nazirliyi sistemində uzunmüddətli təcrübəyə malikdir və yeni vəzifəsində uğur qazanacağına ümid etdiyini qeyd edib.
Baş nazir həmçinin bildirib ki, Acarıstan hökumətinin yeni sədri yaxın günlərdə Gürcüstan prezidenti və Acarıstan Ali Şurası ilə məsləhətləşmələrdən sonra açıqlanacaq.
Qeyd edək ki, Sulxan Tamazaşvili bu vəzifədə Geka Geladzeni əvəz edib. Geladzenin namizədliyi isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri postuna irəli sürülüb.


