22 
Apr
2026
13:31
955

Gürcüstanda bu tarixdən güclü yağış gözlənilir – xəbərdarlıq edilib

Gürcüstanda yaxın günlərdə hava şəraiti yenidən pisləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühit Milli Agentliyi məlumat yayıb.

Məlumata görə, 23-24 aprel tarixlərində ölkə ərazisində fasilələrlə yağıntılar gözlənilir, bəzi bölgələrdə isə yağışların intensiv olacağı ehtimal edilir.

Sinoptiklər ildırım, dolu, güclü külək və yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin mümkün olduğunu bildirirlər.

Qeyd olunur ki, yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, eləcə də dağlıq və təpəlik ərazilərdə sürüşmə və sel proseslərinin aktivləşməsinə səbəb ola bilər.

Agentlik təhlükə səviyyəsini orta olaraq qiymətləndirir və vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər