09 
Nybr
2026
14:52
619

Qəza nəticəsində avtomobil yandı - Sürücü isə içində yanaraq öldü

Zuqdidi bələdiyyəsinin Şamqona kəndində minik avtomobili yanıb. Yerli sakinlərin məlumatına görə, sürücü avtomobildən çıxmağa macal tapmayıb və hadisə yerində həyatını itirib.

InterPress.ge xəbər verir ki, hadisə yerinə polis, yanğın-xilasetmə xidməti və təcili tibbi yardım briqadaları cəlb olunub.

Daxili İşlər Nazirliyindən “İnterpressnews”a bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə istintaq başlanıb. Həmin maddə əmlakın ehtiyatsızlıqdan zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın