22 
Apr
2026
13:37
197

Kaxa Kaladze: Sanksiyalarla bağlı nə qədər təzyiq olsa da, ölkə maraqlarından geri çəkilməyəcəyik

Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqı tərəfindən mümkün sanksiyalarla bağlı açıqlama verib.

InterPress.ge xəbər verir ki, Kaladze jurnalistlərə bildirib ki, Gürcüstan üçün əsas prioritet ölkənin milli maraqlarıdır və bu məsələdə hakimiyyət kompromisə getməyəcək.

“Neçə dəfə sanksiya tətbiq etməlidirlər? Bir dəfə, iki dəfə, üç dəfə. Bunu başa düşdük, amma burada söhbət ölkə maraqlarından gedir”, – deyə o qeyd edib.

Kaladzenin sözlərinə görə, hökumət prinsipial mövqe tutaraq Gürcüstanın gələcəyini və xalqın maraqlarını qorumağa davam edəcək.

O, həmçinin Avropa bürokratlarını arqumentlərə deyil, “səthi mesajlar, təhdid və şantajlara” üstünlük verməkdə ittiham edib.

Kaladze əlavə edib ki, xüsusilə “şəffaflıq qanunu” ilə bağlı uzun müddətdir təzyiqlər davam edir və Gürcüstan tərəfi bu qanunun niyə problem hesab edildiyi ilə bağlı konkret izah tələb edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər