23 
Apr
2026
20:47
1007

Marneulidə saxlanılanların taleyi bəlli oldu – məhkəmə qərarı açıqlandı

Marneulidə xüsusi təyinatlılar tərəfindən saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı açıqlanıb.

InterPress.ge xəbər verir ki, yalan ifadə vermə, qrup şəklində xuliqanlıq və ictimai asayişi pozma ittihamı ilə saxlanılan 11 nəfərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb, digər 4 nəfər barəsində isə 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qərarı Qvança Çikovani qəbul edib.

Təxminən 1 saat davam edən məhkəmə prosesində 7 nəfər məhkəmə zalında, yerindəcə azadlığa buraxılıb, digər 4 nəfər isə prosessual qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər