Tbilisidə qəsdən adamöldürmə faktı – şübhəli şəxs polisə könüllü təslim oldu
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşları qəsdən adamöldürmə ittihamı ilə 2000-ci il təvəllüdlü İ.E.-ni saxlayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yerləşən mənzillərdən birində soyuq silahdan istifadə edərək 1989-cu il təvəllüdlü, xarici ölkə vətəndaşı İ.Q.-ya ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Hadisədən bir neçə saat sonra İ.E. könüllü şəkildə polisə gələrək törətdiyi əməli etiraf edib və cinayətdə istifadə olunan aləti təqdim edib. Aparılan istintaq hərəkətlərindən sonra o, rəsmi olaraq təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


