Quldurluq və hədə-qorxu ilə tələb etmə – 1 nəfər saxlanılıb
Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində quldurluq və hədə-qorxu ilə tələb etmə faktı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirliyin müvafiq polis departamentinin Ambrolauri rayon idarəsinin əməkdaşları 1984-cü il təvəllüdlü D.N.-ni saxlayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Ambrolauri bələdiyyəsinin kəndlərindən birində qonaq olduğu zaman 1941-ci il təvəllüdlü C.D. və onun həyat yoldaşını soyuq silahla hədələyərək onların adına qeydiyyatda olan yaşayış evinin öz adına keçirilməsini və pul tələb edib.
Bildirilib ki, D.N. niyyətini həyata keçirə bilməyib və hadisə yerindən qaçıb.
Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində o, “isti izlərlə” saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 179-cu maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


