24 
Apr
2026
11:56
338

Məktəbli formaları üçün 5 şirkət seçilib – qiymət...

2026–2027-ci tədris ili üçün ibtidai sinif şagirdlərinin məktəbli formalarının hazırlanması ilə bağlı proses davam edir.

InterPress.ge xəbər verir ki, Gürcüstan Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, bazar araşdırması nəticəsində məktəbli formalarının tikilməsi üçün 5 namizəd şirkət müəyyən edilib. Hazırda bu şirkətlər tərəfindən təqdim olunan sənədlərin araşdırılması və qoyulan tələblərə uyğunluğunun yoxlanılması aparılır.

Nazirlikdən bildirilib ki, növbəti mərhələdə şirkətlərdən sənədlərdəki uyğunsuzluqları aradan qaldırmaq tələb olunacaq və bundan sonra bütün şərtlərə cavab verən şirkətlə müqavilə imzalanacaq. Seçim zamanı əsas meyarlardan biri ən aşağı qiymət olacaq.

Qeyd edilib ki, layihə nazirliyin tabeliyində olan “Təhsil Resursları” MMC tərəfindən həyata keçirilir və bazar araşdırması 3 aprel tarixində elan olunaraq 22 apreldə başa çatıb.

Sənədlərə əsasən, məktəbli formalarının tədarükü iki mərhələdə həyata keçiriləcək: birinci mərhələdə məhsulun ən azı 30 faizi 2026-cı il 31 iyul tarixinədək, qalan hissə isə 20 avqust 2026-cı il tarixinədək təhvil verilməlidir.

Planlaşdırılan sifariş həcminə 292 min qızlar üçün pencək, 308 min oğlanlar üçün pencək, 438 min qızlar üçün şalvar, 616 min oğlanlar üçün şalvar, 146 min dizədək ətək və 1000 uzun ətək daxildir.

Bildirilib ki, məktəbli formalarını, istisna kateqoriyaya daxil olan ailələrdən başqa, valideynlər özləri almalı olacaqlar. Nazir müavini bildirib ki, formanın qiyməti 100 lariyə qədər olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər