24 
Apr
2026
13:48
920

Gürcüstanda hava dəyişir – Bu tarixdə yağış və güclü külək gözlənilir

Gürcüstanda 25-26 apreldə ölkənin ayrı-ayrı rayonlarında zəif yağıntı müşahidə olunacaq, 27 apreldə isə yenidən yağışlı və küləkli hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Tbilisidə 25-26 apreldə əsasən yağmursuz hava hökm sürəcək, 27 apreldə isə qısamüddətli yağış və güclü külək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə olacaq.

Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia və Potidə də 25-26 apreldə əsasən yağıntısız hava müşahidə olunacaq, 27 apreldə isə yağış və külək proqnozlaşdırılır. Gündüz temperaturu +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik ərazilərində 25-26 apreldə hava əsasən quru keçəcək, 27 apreldə isə yenidən yağıntı gözlənilir. Temperatur +19, +21 dərəcə olacaq.

Dağlıq və yüksək dağlıq bölgələrdə də oxşar hava şəraiti gözlənilir – 25-26 apreldə əsasən yağıntısız, 27 apreldə isə yağışlı hava müşahidə olunacaq. Temperatur dağlıq rayonlarda +16, +18, yüksək dağlıq ərazilərdə isə +7, +11 dərəcə olacaq.

Şərqi Gürcüstanda, o cümlədən Kartli və Kaxeti bölgələrində 25-26 apreldə əsasən yağmursuz hava hökm sürəcək, 27 apreldə isə yağış və güclü külək gözlənilir. Gündüz temperaturu +17, +20 dərəcə civarında olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər