25 
Apr
2026
11:06
218

Poti limanında iri həcmdə narkotik aşkarlanıb – xarici vətəndaş saxlanılıb

Gürcüstanda xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sameqrelo–Zemo Svaneti Polis Departamentinin Poti şəhər idarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə gətirilməsi faktı aşkarlanıb.

Məlumata əsasən, Qazaxıstan vətəndaşı, 1982-ci il təvəllüdlü şəxs Poti şəhərində, gömrük buraxılış məntəqəsində saxlanılıb.

Onun baqajına baxış zamanı hüquq-mühafizə orqanları tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitə maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər