25 
Apr
2026
12:58
223

“İnterpol” xətti ilə axtarılan Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstanda beynəlxalq axtarışda olan şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən “İnterpol”un qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı tutulub.

Bildirilib ki, 1990-cı il təvəllüdlü şəxs Batumi şəhərində saxlanılıb.

Məlumata əsasən, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə beynəlxalq axtarışa verilmişdi.

Hazırda onunla bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər