InterPress.ge xəbər verir ki, qəza Rustaveli küçəsində, Ağmaşenebeli küçəsi ilə kəsişmədə, bazar ərazisinə yaxın hissədə qeydə alınıb.
Məlumata görə, hadisə zamanı “BMW”, “Opel” və “Ford” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
