26 
Apr
2026
22:43
804

Fiziki qarşıdurma ölümlə nəticələndi

Duşeti bələdiyyəsində baş verən insident ölüm faktı ilə nəticələnib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gecə dörd nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib və hadisə zamanı onların hamısı soyuq silahla yaralanıb.

Bildirilib ki, yaralılardan biri – 1979-cu il təvəllüdlü şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Digər üç nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə “isti izlərlə” açılıb və əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü şəxs saxlanılıb.

İstintaqla müəyyən edilib ki, qətlə yetirilən şəxsə ölümcül xəsarəti məhz saxlanılan şəxs yetirib. Şübhəli müvafiq tibbi prosedurlardan sonra qəsdən adam öldürmə ittihamı ilə həbs olunub.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər