Silahlı quldurluq – iki nəfər saxlanılıb
Gürcüstanda qrup halında törədilmiş quldurluq faktı üzrə iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sameqrelo–Zemo Svaneti Polis Departamentinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü və 1992-ci il təvəllüdlü iki şəxs tutulub.
İstintaqla müəyyən edilib ki, cari ilin 25 aprelində gecə saatlarında silahlı şəxslər əlbir olaraq Martvili bələdiyyəsinin kəndlərindən birində yaşayan vətəndaşa hücum ediblər. Onlar odlu silah nümayiş etdirərək və ölüm hədəsi ilə zərərçəkmişdən külli miqdarda pul vəsaiti ələ keçirərək hadisə yerindən qaçıblar.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsas şübhəli şəxs hadisədən qısa müddət sonra “isti izlərlə” saxlanılıb.
Keçirilən axtarış zamanı quldurluq yolu ilə əldə edilmiş pulun bir hissəsi maddi sübut kimi götürülüb.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, ikinci saxlanılan şəxs törədilmiş cinayət barədə məlumatlı olsa da, bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyib.
Hazırda hadisədə iştirak etmiş digər iki şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır ki, bu da 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


