Tbilisidə Lilo sığınacağında 114 evsiz şəxs yaşayır – onlardan 71-i kişidir
Tbilisidə yerləşən Lilo bələdiyyə sığınacağında hazırda 114 evsiz şəxs yaşayır.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat verib.
Məlumata görə, sığınacaqda yaşayanların 71-i kişidir. Sakinlər arasında ən gənc şəxs 19, ən yaşlı isə 92 yaşındadır.
Bildirilib ki, Lilo ərazisində fəaliyyət göstərən sığınacaq eyni vaxtda 240 nəfərin qəbuluna imkan verir. Burada yaşayan şəxslər qida, şəxsi istifadə və gigiyena vasitələri ilə təmin olunur, həmçinin 24 saat ərzində ilkin ambulator tibbi xidmət və dərmanlarla təmin edilirlər.
Meriyanın məlumatına əsasən, sakinlərin sağlamlıq vəziyyəti ağırlaşdığı halda onların müalicə xərcləri də bələdiyyə tərəfindən qarşılanır.
Sığınacaqda sosial işçilər fəaliyyət göstərir, zərurət olduqda psixoloq xidməti də göstərilir. Evsiz şəxslərin sosial inteqrasiyası və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilir, o cümlədən art-terapiya, peşə bacarıqlarının inkişafı üzrə təlimlər təşkil olunur.
Qeyd olunub ki, vətəndaşlar sığınacağa öz istəyi ilə və ya patrul polisinin köməyi ilə müraciət edə bilərlər. Sığınacaqda yerləşdirilmək üçün isə Tbilisidə qeydiyyat tələb olunur.


