Qadına qarşı zorakılıq: keçmiş ər saxlanılıb
Kaxeti bölgəsində keçmiş həyat yoldaşına qarşı zorakılıq və digər cinayətlərdə ittiham olunan şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 1994-cü il təvəllüdlü şəxs keçmiş həyat yoldaşına qarşı zorakılıq, təqib və yaşayış yerinin toxunulmazlığını pozma ittihamı ilə tutulub.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Axmeta bələdiyyəsində keçmiş həyat yoldaşının evinə icazəsiz daxil olub və azyaşlı uşaqların gözü qarşısında ona fiziki zor tətbiq edib.
Bundan əlavə, onun zərərçəkmiş qadını sistemli şəkildə izlədiyi də müəyyən olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126¹, 11¹-151¹ və 160-cı maddələri ilə aparılır ki, bu da 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


