Müqəddəs Zenon: Patriarx postu üçün öz namizədim var
Dmanisi və Aqarak-Taşir yeparxiyasının yepiskopu Müqəddəs Zenon patriarx seçkiləri ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, o, jurnalistlərə bildirib ki, patriarxlıq üçün öz namizədi var və yekun nəticə Müqəddəs Sinodun iclasında gedəcək prosesdən asılı olacaq.
“Bütün məsələlər Sinodda baş verəcək prosesdən asılıdır. Mənim tərəfimdən namizəd var. Nəticə isə müzakirələrin gedişindən və yepiskopların qəbul edəcəyi qərarlardan asılı olacaq”, – deyə Müqəddəs Zenon qeyd edib.
O, həmçinin yaş məhdudiyyəti məsələsinə də toxunaraq bildirib ki, bu limit səsvermə yolu ilə aradan qaldırıla bilər, çünki bunun qarşısını alan kanonik əsas mövcud deyil.
Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu bu gün patriarx postu üçün üç namizəd müəyyən edəcək. Sinodun iclası 28 aprel saat 12:00-da keçirilir.
Patriarx seçkisi məsələsi İlia IInin 17 mart tarixində vəfatından sonra gündəmə gəlib. O, 22 martda Tbilisidə yerləşən Sioni Patriarxal kilsəsində dəfn olunub.


