28 
Apr
2026
12:33
156

Patriarxlıqda Müqəddəs Sinodun iclası keçirilir – üç namizəd müəyyən olunacaq

Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun iclası hazırda davam edir.

InterPress.ge xəbər verir ki, Gürcüstan Patriarxlığının məlumatına görə, bu gün keçirilən iclasda patriarx postu üçün üç namizəd müəyyən ediləcək, həmçinin genişləndirilmiş iclasın tarixi açıqlanacaq.

Patriarxlığın İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, arximandrit Andria Cağmaidze bildirib ki, namizədlər üçün müəyyən edilmiş qaydalara ciddi əməl olunmalıdır.

“Namizədin yaşı 70-dən artıq olmamalıdır. Təhsillə bağlı isə belə demək olmaz ki, diplomum yoxdur, amma savadlıyam. Sinod qərar qəbul edərkən idarəetmə nizamnaməsini əsas götürməlidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, patriarx seçkisi məsələsi İlia IInin 17 mart tarixində vəfatından sonra gündəmə gəlib. O, 22 martda Tbilisidə yerləşən Sioni Patriarxal kilsəsində dəfn olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər