29 
Apr
2026
12:58
220

Marneuli–Sadaxlı yolunda etiraz davam edir – saxlanılanların azad edilməsi tələb olunur

Marneuli rayonunda kənd təsərrüfatı məhsullarının satışında yaranmış problemlərlə bağlı etiraz aksiyası davam edir.

InterPress.ge xəbər verir ki, aksiya Marneuli–Sadaxlı avtomobil yolunda keçirilir. Etirazçılar Marneulinin Qırxılı, Arflı, Qullar və digər kəndlərindən olan sakinlərdir.

Aksiya iştirakçıları bildirirlər ki, qonşu ölkələrdən pomidor və xiyarın idxalı yerli məhsulların ucuzlaşmasına və satışın dayanmasına səbəb olur. Onlar xarici məhsullara tətbiq olunan rüsumların artırılmasını və yerli istehsala daha çox dəstək göstərilməsini tələb edirlər.

Etirazçıların əsas tələblərindən biri də məsul şəxslərin hadisə yerinə gəlməsi olub. Onlar Marneuli meri Daur İsmayılovun əraziyə gəlməsini tələb edirdilər. Hazırda isə merin birinci müavini Qiorqi Qodabrelidze aksiya iştirakçıları ilə görüşmək üçün əraziyə gəlib.

Məlumata görə, aksiya zamanı iki nəfər saxlanılıb. Etirazçılar saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edirlər.

Hazırda ərazidə vəziyyət gərgin olaraq qalır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər