08 
May
2026
12:28
471

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maliyyə yardımı veriləcək

Gürcüstan hökumətinin qərarına əsasən, faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsi iştirakçılarına və həlak olanların ailə üzvlərinə birdəfəlik sosial yardım ödəniləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, İkinci Dünya müharibəsi iştirakçıları 2 000 lari, müharibədə həlak olan şəxslərin ailə üzvləri isə 1 000 lari məbləğində birdəfəlik maliyyə yardımı alacaqlar.

Məlumata görə, maliyyə yardımı Veteranlar üzrə Dövlət Xidmətinin elektron qeydiyyat bazasında qeydiyyatda olan şəxslərə veriləcək.

Qərara əsasən, Tbilisi istisna olmaqla, Gürcüstanın digər ərazilərində birdəfəlik sosial yardımın ödənilməsini Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmət Agentliyi təmin edəcək.

Tbilisidə qeydiyyatda olan İkinci Dünya müharibəsi iştirakçıları və həlak olanların ailə üzvləri üçün maliyyə vəsaitinin ayrılması isə Tbilisi meriyası tərəfindən həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın