Ölkə ərazisində yağılı hava şəraiti nə vaxta kimi davam edəcək? - PROQNOZ
Gürcüstanın bəzi bölgələrində yaxın günlərdə fasilələrlə yağıntılı hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlik məlumat yayıb. Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə qısamüddətli yağış və şimşək çaxacağı ehtimal olunur. Paytaxtda havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə olacaq.
Məlumata görə, sahilyanı rayonlarda – Batumi, Kobuleti, Anaklia və Potidə bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurqetidə də bəzi ərazilərdə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperaturun +24, +26 dərəcə olacağı bildirilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Saqeri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında fasilələrlə yağış və şimşək gözlənilir. Havanın temperaturu +21, +23 dərəcə olacaq.
Yüksək dağlıq ərazilərdə – Mestia və Baxmaroda da fasilələrlə yağış və şimşək ehtimal edilir. Temperatur gündüz saatlarında +19, +21 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +24, +26 dərəcə olacaq.
Kaxetidə – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda fasilələrlə yağış və şimşək proqnozlaşdırılır. Temperaturun +23, +25 dərəcə olacağı bildirilir.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post) və Omaloda isə bəzi yerlərdə yağış və şimşək müşahidə olunacaq. Havanın temperaturu gündüz +14, +16 dərəcə olacaq.


