09 
May
2026
19:06
178

Zviad Maisaşvili: Təqsirləndirilən şəxslər günahlarını etiraf edib məndən üzr istədilər

2024-cü ildə keçirilən etiraz aksiyaları zamanı Zviad Maisaşviliyə qarşı zorakılıq faktı ilə bağlı saxlanılan xüsusi təyinatlıların məhkəmə prosesi keçirilib.

InterPress.ge xəbər verir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Zviad Maisaşvili də iştirak edib.

Maisaşvilinin sözlərinə görə, saxlanılan hər iki şəxs törətdikləri əməli etiraf edib və ondan üzr istəyiblər. O, bunu müsbət hadisə kimi qiymətləndirib.

“Hər iki şəxs öz günahını etiraf etdi və mənim qarşımdə üzr istədi. Mənim bu insanlara qarşı heç vaxt nifrət və ya qisas hissim olmayıb. Lakin onların üzr istəməsi müsbət hadisədir”, – deyə Zviad Maisaşvili bildirib.

Qeyd edək ki, etiraz aksiyaları zamanı Quram Roqava və Zviad Maisaşviliyə qarşı zorakılıqda ittiham olunan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər