Gürcüstanda yaxın günlərdə qısamüddətli yağış və şimşək gözlənilir
Yaxın günlərdə Gürcüstanda isti hava fonunda qısamüddətli yağış və şimşək müşahidə olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Tbilisidə mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də isə yağmursuz hava şəraiti olacaq. Paytaxtda havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə təşkil edəcək.
Agentliyin proqnozuna əsasən, sahilyanı rayonlarda – Batumi, Kobuleti, Anaklia və Potidə mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də isə hava açılacaq. Temperatur gündüz saatlarında +22, +24 dərəcə olacaq.
Qərbi Gürcüstanın aran rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurqetidə də mayın 12-13-də yağış və şimşək gözlənilir, mayın 14-də isə hava əsasən açıq olacaq. Temperatur +24, +26 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq bölgələrində – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti keçidində mayın 12-13-də qısamüddətli yağış və şimşək, mayın 14-də isə əsasən yağmursuz hava proqnozlaşdırılır. Temperatur +21, +23 dərəcə olacaq.
Yüksək dağlıq bölgələrdə – Mestia və Baxmaroda da mayın 12-13-də yağış və şimşək gözlənilir, mayın 14-də isə əsasən yağmursuz hava müşahidə olunacaq. Temperatur +19, +21 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalda qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur gündüz saatlarında +24, +26 dərəcə olacaq.
Kaxetidə – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda da qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperatur +25, +27 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə yağış və şimşək gözlənilir. Temperatur +21, +23 dərəcə təşkil edəcək.
Yüksək dağlıq rayonlarda – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post) və Omaloda isə qısamüddətli yağış və şimşək müşahidə olunacaq. Temperatur gündüz saatlarında +15, +17 dərəcə olacaq.


