11 
May
2026
13:56
159

2026-cı ilin ilk rübündə Gürcüstandan xaricə səfərlər artıb

2026-cı ilin I rübündə Gürcüstan ərazisindən xaricə Gürcüstan rezidentlərinin 640,9 min səfəri qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti – “Sakstat” məlumat yayıb.

Məlumata görə, xaricə edilən səfərlərin ən böyük hissəsi – 43,4 faizi 31-50 yaş arası şəxslərin payına düşüb.

Statistikaya əsasən, qeyd olunan göstəricidən Gürcüstan rezidenti olan ziyarətçilərin xaricə həyata keçirdiyi səfərlərin sayı 496,3 min təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

“Sakstat”ın məlumatında bildirilir ki, Gürcüstan rezidentləri tərəfindən xaricə 328,8 min turist tipli səfər həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb.

Səfərlərin əksəriyyəti – 46,7 faizi 31-50 yaş arası ziyarətçilər tərəfindən edilib. Qadınların həyata keçirdiyi səfərlərin payı isə ümumi səfərlərin 45,6 faizini təşkil edib.

2026-cı ilin I rübündə səfərlərin ən böyük hissəsi – 35,3 faizi dost və qohum ziyarəti məqsədilə baş tutub.

Ən çox səfər edilən ölkələr Türkiyə və Rusiya Federasiyası olub. Belə ki, Türkiyəyə 172,4 min, Rusiyaya isə 89,3 min səfər qeydə alınıb.

Məlumata əsasən, 2026-cı ilin I rübündə xarici səfərlər zamanı orta gecələmə sayı 6,8 olub ki, bu da 2025-ci ilin eyni dövründə qeydə alınmış 6,7 gecə göstəricisindən 1,4 faiz çoxdur.

Səfərlərin 99,1 faizi təkrar xarakterli olub.

Hesabat dövründə xarici səfərlər zamanı çəkilən xərclər 629,1 milyon lari təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30,7 faiz çoxdur.

Bir səfər üzrə orta xərc isə 2025-ci ilin I rübü ilə müqayisədə 26,9 faiz artaraq 1267,7 lariyə çatıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər