11 
May
2026
13:58
164

Gürcüstanda işsizlik səviyyəsi 2025-ci ildə 13,9 faiz olub

2025-ci ildə Gürcüstanda işsizlik səviyyəsi 2024-cü illə müqayisədə dəyişməyərək 13,9 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti – “Sakstat” məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə əmək bazarında iştirak səviyyəsi əvvəlki illə müqayisədə 0,3 faiz bəndi azalaraq 54,5 faizə enib. Məşğulluq səviyyəsi isə 0,2 faiz bəndi azalaraq 46,9 faiz təşkil edib.

“Sakstat”ın məlumatında qeyd olunur ki, şəhər tipli yaşayış məntəqələrində əmək bazarında iştirak səviyyəsi 0,5 faiz bəndi azalıb, kənd tipli yaşayış məntəqələrində isə dəyişməyib.

Məşğulluq səviyyəsi şəhərlərdə 1,2 faiz bəndi azalıb, kənd yerlərində isə 1,1 faiz bəndi artaraq müvafiq olaraq 47,3 və 46,3 faiz olub.

2025-ci ildə muzdlu işçilərin payı ümumi məşğul əhalinin 69,3 faizini təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,8 faiz bəndi çoxdur.

Hesabata əsasən, 2025-ci ildə işsizlik səviyyəsi şəhər tipli yaşayış məntəqələrində 1,3 faiz bəndi artıb, kənd yerlərində isə 2,1 faiz bəndi azalıb.

Əvvəlki illə müqayisədə işsizlik səviyyəsinin ən çox azaldığı regionlar Raça-Leçxumi və Kvemo Svaneti, Kvemo Kartli və Quriya olub. Müvafiq olaraq azalma 3,1, 2,9 və 2,0 faiz bəndi təşkil edib.

Məlumata görə, işsizlik səviyyəsi ənənəvi olaraq kişilər arasında qadınlarla müqayisədə daha yüksək olaraq qalır. 2025-ci ildə qadınlar arasında bu göstərici 0,2 faiz bəndi artıb, kişilər arasında isə 0,3 faiz bəndi azalıb.

Əmək bazarında iştirak səviyyəsi kişilər arasında qadınlarla müqayisədə daha yüksək olub. 2025-ci ildə bu göstərici qadınlarda 44,2 faiz, kişilərdə isə 66,3 faiz təşkil edib.

Əvvəlki illə müqayisədə əmək bazarında iştirak səviyyəsi qadınlarda 0,7 faiz bəndi azalıb, kişilərdə isə 0,1 faiz bəndi artıb.

Bununla yanaşı, 2025-ci ildə məşğulluq səviyyəsi qadınlar arasında 0,7 faiz bəndi azalıb, kişilər arasında isə 0,2 faiz bəndi artıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər