11 
May
2026
16:18
186

Gürcüstan Pravoslav Kilsəsinin yeni Patriarxı seçilib

Gürcüstan Pravoslav Kilsəsi yeni Katolikos-Patriarxını seçib. Gürcüstanın 142-ci Katolikos-Patriarxı Patriarx taxtının müvəqqəti rəhbəri, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) olub.

InterPress.ge xəbər verir ki, mitropolit Şio səsvermədə 22 səs toplayıb.

Patriarxlığa digər namizədlərdən Urbnisi və Rui yeparxiyasının mitropoliti İob 9 səs, Poti və Xobi mitropoliti Qriqoli isə 7 səs alıb. Bir səs etibarsız sayılıb.

Gürcüstanın Katolikos-Patriarxı genişləndirilmiş kilsə şurasında seçilib.

Nəticələri açıqlayan iyerarxiya baxımından ən yaşlı yepiskop, mitropolit Ananiya Japaridze bildirib ki, “səsləri sayan komissiya tam dürüstlük, məxfilik və şəffaflıq prinsiplərinə riayət etməklə fəaliyyət göstərib”.

Xatırladaq ki, bütün Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs və mübarək II İliya 2026-cı il martın 17-də, 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi məsələsi gündəmə gəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər