12 
May
2026
13:41
672

Marneulidə külli miqdarda narkotik vasitəsinə qarşı əməliyyat - Saxlanılan var

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Marneuli bələdiyyəsi ərazisində saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərinə və onun idarə etdiyi yük avtomobilinə baxış zamanı maddi sübut kimi tərkibində “Metadon” olan 13 128 ədəd həbin götürüldüyü bildirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər