12 
May
2026
14:36
202

III Şio: Xahiş edirəm, mənim və kilsəmizin gələcəyi üçün dua edin

Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bıçvinta ilə Tsxum-Abxaziya mitropoliti III Şio Patriarx statusunda etdiyi ilk moizəsində möminlərə müraciət edib.

InterPress.ge xəbər verir ki, III Şio çıxışı zamanı onun və Gürcüstan Pravoslav Kilsəsinin gələcəyi üçün dua edilməsini xahiş edib.

“Xahiş edirəm, mənim və kilsəmizin gələcəyi üçün dua edin. Çünki sizin dualarınız mənə güc verəcək ki, sədaqət və təvazökarlıqla Pravoslav Kilsəsinə və Tanrı tərəfindən mübarək edilmiş gürcü xalqına xidmət edim”, – deyə III Şio bildirib.

Onun sözlərinə görə, sevgi və imanla möhkəmlənmiş birlik içində Tanrını ucaldmaq vacibdir.

“Qoy sevgi və imanla möhkəmlənərək birlikdə Rəbbi ucaldaq, bir sürü və bir çoban olaq”, – deyə III Şio qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər