Qoridə bir nəfər bıçaqlanıb – şübhəli saxlanılıb
Qoridə bir nəfər soyuq silahla yaralanıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı bir nəfər saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində yaranan qarşıdurma zamanı Qori şəhərində bir vətəndaşı qarın nahiyəsindən bıçaqlayıb.
Yaralanan şəxs tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini isti izlərlə saxlayıblar. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


