15 
May
2026
11:53
287

Gürcüstanda qanunsuz silah saxlamaqda ittiham olunan 5 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi, Tbilisi, Acarıstan və İmereti polis departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə müxtəlif vaxtlarda 5 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, DİN-in məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarış zamanı müxtəlif növ odlu silahlar, döyüş sursatları və patron daraqları maddi sübut kimi götürülüb.

Məlumata görə, saxlanılan şəxslərdən birinin üzərindən narkotik vasitə də aşkarlanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər