15 
May
2026
22:04
183

Qiorqi Volski: Danimarkadakı hadisələr Gürcüstana qarşı qərəzli münasibətin olduğunu göstərir

Gürcüstan parlamenti sədrinin birinci müavini Qiorqi Volski Danimarkanın paytaxtı Kopenhagendə polisin aksiya iştirakçılarına qarşı fiziki güc tətbiq etməsinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Qiorqi Volski bu barədə açıqlamasında danışıb. O qeyd edib ki, Danimarka polisi aksiyanı çox sərt və qəti tədbirlərlə dağıdıb və bu fonda Gürcüstana yönələn tənqidlər Avropa bürokratlarının qərəzli münasibətindən xəbər verir.

“Bu mitinq son dərəcə sərt və çox qəti tədbirlərlə dağıdıldı. Bu isə bizə əsas verir ki, Gürcüstana qarşı qərəzli münasibətin mövcud olduğunu düşünək və bunun ciddi siyasi məzmunu və əsası var”, – deyə Volski bildirib.

Qeyd edək ki, Kopenhagendə Fələstin tərəfdarı fəallar Danimarkanın iri nəqliyyat şirkəti olan “Maersk”in baş ofisi qarşısında blokada təşkil ediblər. Polis aksiyanı güc tətbiq edərək dağıdıb.

Hadisə zamanı 20 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın