Tbilisidə bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ailə Müqəddəsliyi Günü ilə əlaqədar mayın 17-də Rustaveli prospektindən Sameba kafedral məbədinə qədər yürüş keçiriləcək. Bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb. Bildirilib ki, yürüş saat 11:00-da Kaşveti məbədinin yaxınlığından başlayacaq.
Məlumata görə, saat 08:00-dan 14:00-dək Gia Çanturia küçəsində – Rustaveli prospekti ilə kəsişmədən Azadlıq meydanına qədər olan hissədə, həmçinin Barataşvili körpüsündə və Barataşvili yoxuşundan Avlabari meydanına qədər nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Rustaveli prospektindən Mtatsminda istiqamətində digər küçələrə hərəkət Tarxnişvili, Çovelidze və Zandukeli küçələri vasitəsilə, daha sonra isə Barnovi, Qoqebaşvili, Mağkaşvili və Kakabadze qardaşları küçələrindən istifadə etməklə mümkün olacaq.
Melişvili prospekti və “Rustaveli” metro stansiyası istiqamətinə isə Qriboyedov, Mağkaşvili, Barnovi, Zandukeli və Şanidze küçələri vasitəsilə getmək mümkün olacaq.
“Rustaveli” metro stansiyası yaxınlığından Azadlıq meydanı istiqamətində hərəkət edən avtomobillər Rustaveli prospekti ilə Çanturia küçəsinin kəsişməsinə qədər hərəkət edə biləcəklər. Oradan sola dönərək Çanturia və Soliko Virsaladze küçələri vasitəsilə Mtkvari çayının sağ sahilinə çıxış əldə edəcəklər.
Azadlıq meydanında hərəkətin məhdudlaşdırıldığı müddətdə avtomobillərin hərəkəti Barataşvili körpüsü yaxınlığındakı pandusa qədər və Rustaveli prospekti tərəfdən Çanturia küçəsinə qədər mümkün olacaq.
Kote Abxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılacaq. Rustaveli prospektində hərəkət yalnız Çanturia küçəsinə qədər icazəli olacaq.
Həmçinin Lesya Ukrainka, A. Corcadze, Z. Çiçinadze, 9 Aprel, A. Purtseladze və L. Qudiaşvili küçələrində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


