17 
May
2026
10:06
239

Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olunur

Bu gün, mayın 17-də Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü münasibətilə Tbilisi və digər iri şəhərlərdə yürüşlər təşkil olunacaq.

InterPress.ge xəbər verir ki, tədbirlər çərçivəsində Tbilisidə din xadimləri və dindarlar saat 10:00-da Kaşveti Müqəddəs Georgi kilsəsində toplaşacaqlar.

Məlumata görə, Kaşvetidə toplaşan yürüş iştirakçıları saat 11:00-da təntənəli dualı yürüşlə Müqəddəs Üçlük Kafedral Məbədinə doğru hərəkət edəcəklər. Burada bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Suxumi-Abxaziya mitropoliti, müqəddəs və mübarək Şio III bayram ayinini icra edəcək.

Ayində müxtəlif kilsələrin nümayəndə heyətlərinin də iştirak edəcəyi bildirilib.

Ümumi yürüşlər aşağıdakı şəhərlərdə keçiriləcək:

Tbilisi – Kaşveti kilsəsi; Rustavi – Meriya; Kutaisi – Ağmaşenebeli adına məbəd; Qori – Dirilmə məbədi; Batumi – Kafedral məbəd; Axaltsixe – Yüksəliş məbədi; Zuqdidi – Dadiani məbədi; Telavi – Müqəddəs Məryəm məbədi; Mçxeta – Teatroni; Ozurgeti – Kafedral məbəd.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər