Kaxa Kaladze: Hakimiyyətin onsuz da zəifləyən müxalifətin fəaliyyətinə mane olmasına ehtiyac yoxdur
Kaxa Kaladze bildirib ki, hakimiyyətin onsuz da zəifləyən müxalifətin fəaliyyətinə mane olmasına ehtiyacı yoxdur.
InterPress.ge xəbər verir ki, o, bu barədə media nümayəndələri ilə söhbəti zamanı danışıb.
Kaladzenin sözlərinə görə, siyasi fəaliyyətə mane olmaq və təhqir halları onun və komandasının qəti şəkildə qəbul etmədiyi davranışdır.
“Bu insanlara baxın, kimdirlər, nəyi təmsil edirlər, haradan idarə olunurlar. Cəmiyyətə nə təklif edə bilərlər? Fəaliyyətlərinə mane olunmasının təşkil edilməsi və bunda bizi ittiham etmələrinə gəlincə, hakimiyyətin onsuz da acınacaqlı vəziyyətdə olan, sıfırlanmış müxalifətə nəsə planlaşdırmasına nə ehtiyac var? Bu, təsəvvürəgəlməzdir. Ümumiyyətlə isə siyasi fəaliyyət zamanı maneə törədilməsi və təhqir olunması mənim və komandam üçün qətiyyən qəbuledilməzdir”, – deyə Kaxa Kaladze bildirib.
Gürcüstanın Müstəqillik Günü münasibətilə müxalifətin planlaşdırdığı aksiyaya toxunan Tbilisi meri qeyd edib ki, belə mühüm gündə etiraz aksiyası keçirmək ziyanlı addımdır.
“İstənilən şəxs aksiya keçirə bilər. Ancaq bunu ölkənin Müstəqillik Gününə təsadüf etdirmək ziyanlıdır. Bu elə bir gündür ki, bütün Gürcüstan birləşir. Öz vətəninin müstəqillik gününü qeyd etməkdən daha dəyərli nə ola bilər? Aksiya keçirmək hər kəsin haqqıdır, amma bu qanun çərçivəsində və qayda pozuntuları olmadan baş verməlidir. Müvafiq qurumlar tam hazırlıqlıdır və hər hansı pozuntu olarsa, buna uyğun reaksiya veriləcək”, – deyə Kaladze vurğulayıb.


